Genişləndirilmiş ASCII yığını
Genişləndirilmiş ASCII yığını – kodları ASCII yığınının 128–255 (onaltılıq 80h–FFh) aralığında olan hər hansı simvollar yığını. Genişləndirilmiş ASCII yığınının standart yığından fərqi odur ki, o, sabit deyil və kompüterdən, əməliyyat sistemindən, proqramlardan, şriftlərdən, qrafik simvollar yığınından asılı olur. Standart ASCII yığını bütün kompüterlərin işləməli olduğu ən vacib simvolları (hərfləri, rəqəmləri və durğu işarələrini) əhatə edir, genişləndirilmiş ASCII yığınına isə vurğulu hərflər, qrafik simvollar və xüsusi simvollar kimi əlavə 128 simvol daxildir. Genişləndirilmiş ASCII yığınını kodlaşdırmaq üçün baytda olan səkkiz bitin hamısından (standart ASCII yığınında 7 bitdən) istifadə olunur.